Badamdarda 3-cü massivdə yolun tam üzərində yerləşən, qapısına qədər asfalti olan küçədə çox zövqlü bir həyət evi satışa çıxıb. Yolu axtarmağa ehtiyac yoxdur, maşın birbaşa qapıya kimi gedir.
Ev 2 sot torpaqda tikilib və sənədi tam qaydasındadır, kupçalıdır. Ən əsası isə ev monolit betonla tikilib, yəni möhkəmliyi illərə hesablanıb.
İçəri daxil olanda hiss olunur ki, bu təmir adi təmir deyil, xüsusi zövqlə, yüksək keyfiyyətlə, xırdalıqlarına kimi düşünülərək yığılıb. Təmir tam bitib və təmirdən sonra evdə ümumiyyətlə yaşayış olmayıb. Birinci siz yaşayacaqsınız.
Evin planlaması çox rahatdır. 5 geniş otaqdan əlavə evdə 3 sanuzel var. Bundan başqa ayrıca çamaşırxana otağı, ayrıca kombi otağı və divarlara yığılmış hazır qarderob mebelləri mövcuddur. Evin ürəyi isə onun geniş və atriumlu xoludur, xoldan keçəndə evin işıqlı və ferah olduğu hiss olunur. Mətbəxi isə böyükdür, ailənin rahat toplaşa biləcəyi ölçüdədir.
Həyəti də səliqəlidir. Həyətdə 10 tonluq su anbarı var, su problemi olmayacaq. Eyni zamanda 2 maşın üçün rahat parklanma yeri ayrılıb.
Köçüb yaşamağa tam hazır, sənədli, keyfiyyətli bir ev axtaranlar üçün ideal variantdır. Qiymətdə real alıcı ilə razılaşmaq mümkündür.
Baxış keçirmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.